Taekvondoçularımız Avropa çempionatında mübarizəyə başlayır

Sportarena.az      7 Aprel 2021 , 15:38

Sabah Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan komandasının da qatılacağı Avropa çempionatı start götürəcək.

 

Sportarena.az xəbər verir ki, aprelin 8-11-də keçiriləcək qitə çempionatında komandamız 11 idmançı ilə təmsil olunacaq. G4 kateqoriyalı yarışda kişilər arasında Bəhruz Quluzadə (54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsaev (87 kq yuxarı), qadınlar mübarizəsində isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) medallar uğrunda yarışacaqlar.

 

Yarışda, hakimlərimizdən Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev ölkəmizi təmsil edəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin