Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları yekunlaşdı

Sportarena.az      8 Aprel 2021 , 02:04

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, daha iki qarşılaşma baş tutub.ÇL-in son qalibi “Bavariya” doğma meydanda PSJ-ni qəbul edib. Beş qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb.  1/8 final mərhələsində “Yuventus”u mübarizədən kənarlaşdıran Portuqaliyanın “Portu” klubu isə “Çelsi”si ilə qarşılaşıb. London təmsilçisi səfərdə inamlı qələbəyə sevinib.

 

Xatırladaq ki, ilk oyun günündə “Mançester Siti” (İngiltərə) “Borussiya”ya (Dortmund, Almaniya) 2:1, “Real” (İspaniya) “Liverpul”a (İngiltərə) 3:1 hesabıyla qalib gəlib.

 

UEFA Çempionlar Liqası

1/4 finalın ilk oyunları

 

Bavariya (Almaniya) – PSJ (Fransa) 2:3
Qol: Şupo-Motinq, 37. Müller, 60 – Mbappe, 3; 68. Markinyos, 28.

Bavariya: Noyer, Hernandes, Alaba, Sule, Pavar, Kimmix, Qoretska, Koman, Müller, Sane, Şupo-Motinq.

PSJ: Navas, Daqba, Markinyos, Kimpembe, Diallo, Danilo, Qeye, Di Mariya, Neymar, Draksler, Mbappe.

 

Portu (Portuqaliya) – Çelsi (İngiltərə) 0:2
Qol: Maunt, 32. Çiluell, 85.

 

Portu: Marçesin, Sanusi, Pepe, Mbemba, Manafa, Otavio, Uribe, Qruyiç, Korona, Luis Dias, Mareqa.

Çelsi: Mendi, Rudiger, Kristensen, Aspilikueta, Çiluell, Kovaçiç, Jorjinyo, Ceyms, Verner, Haverts, Maunt. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin