Azərbaycan FİFA reytinqində gerilədi

Sportarena.az      8 Aprel 2021 , 11:22

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, yeni siyahıda Azərbaycan milli komandasının mövqeyi dəyişib. Canni De Byazinin rəhbərlik etdiyi komanda 2 pillə geriləyərək, 110-cu sırada qərarlaşıb. Azərbaycan yığması son reytinq cədvəlində 108-ci yerdə idi.

 

Azərbaycan millisi mart ayında DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyaya 0:1, Serbiyaya 1:2, yoxlama görüşündə isə Qətərə 1:2 hesabıyla uduzub.

 

Azərbaycan yığmasının DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan Portuqaliya yığması 5-ci, Serbiya 25-ci, Lüksemburq 96-cı, İrlandiya isə 47-ci pillədə yer alıb.

 

Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. 1755 xalla Fransa yığması 2-ci, 1743 xalı olan Braziliya isə 3-cüdür. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin