“Mançester Yunayted” “Qranada”ya, “Arsenal” “Slaviya”ya qarşı - YENİLƏNİR

13:09 8 Aprel 2021

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, 4 qarşılaşmanın hamısı eyni saatda başlayacaq. “Mançester Yunayted” “Qranada”nın qonağı olacaq. Digər İngiltərə təmsilçisi “Arsenal” isə evdə “Slaviya”nı qəbul edəcək. “Roma” Niderland “Ayaks”I ilə səfərdə üz-üzə gələcəksə, “Dinamo” dogma meydanda “Vilyarreal”I sınağa çəkəcək.

 

Avropa Liqası, 1/4 final, İlk oyunlar

23:00. "Qranada" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

23:00. "Arsenal" (İngiltərə) - "Slaviya" Praqa (Çexiya)

23:00. "Ayaks" (Niderland) - "Roma" (İtaliya)

23:00. "Dinamo" Zaqreb (Xorvatiya) - "Vilyarreal" (İspaniya) 


Digər xəbərlər

Xəbər xətti