Ayxan Abbasov: "Zirə"yə qalib gəlsək üstünlük əldə edəcəyik"

15:43 24 Aprel 2021

"Oyunda qələbə qazanan komanda üçüncü pillə üçün üstünlük əldə edəcək. Amma bu, son olmayacaq".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Report"un canlı efirində yayımlanan "ReSport" verilişində "Zirə"yə qarşı keçirəcəkləri Premyer Liqanın XXIV tur matçı barədə danışarkən deyib.

 

40 yaşlı mütəxəssis hər iki tərəfi qarşıda daha çətin qarşılaşmaların gözlədiyini bildirib: "Növbəti turlarda "Zirə"nin "Qarabağ"la, bizim isə "Neftçi" ilə çətin oyunumuz var. "Keşlə", "Sabah" və "Səbail"lə görüşləri də unutmamalıyıq. Komandalar sonuncu yeri tutmamaq uğrunda mübarizə aparırlar. Bu, onlar üçün motivasiya olacaq. Düşünürəm ki, çempionatın son oyunları çox gərgin keçəcək. Belə matçlarda xallar itirmək də mümkündür. İnanıram ki, "Zirə" ilə görüşdən sonrakı 4 duel daha həlledicidir. Bu tur qalib gələn tərəf bir az üstünlük qazanacaq".

 

Qeyd edək ki, aprelin 25-də keçiriləcək "Zirə" - "Sumqayıt" matçı saat 20:00-da başlayacaq. 32 xala malik komandalar 3-4-cü yerləri bölüşdürür.


Digər xəbərlər

Xəbər xətti