Azarkeşləri "Neftçi" rəhbərliyinə xəbərdarlıq etdi

Sportarena.az      26 Aprel 2021 , 11:08

Azərbaycan Premyer Liqasının 24-cü turunda “Neftçi”nin “Sabah”la oyundakı (2:2) çıxışı azarkeşlərinin narazılığına səbəb olub.
 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar”ın ən böyük azarkeş qrupu olan “Forza Neftçi” öz feysbuk səhifəsində bu barədə paylaşım edib. Fanatlar bu cür oyunu biabırçılıq adlandırıb və klub rəhbərliyindən çempionluq tələb ediblər:
 

“Bu oyunla çempionluqdan danışmaq bizim üçün belə ayıbdır. O keçəl yan xətt hakiminin "dolya"sını niyə çatdırmadınız? 
 

Keysuke Hondanı reklam üçün gətirmisinizsə, geriyə yola sala bilərsiniz. Talisson Diaz, Stiven Monroz, Anton Krivotsyuk öz oyunları ilə bizim formaya layiq futbolçular deyillər. Deyəsən, ölkədə karantindir deyə Kamran bəy (“Neftçi”nin prezidenti Kamran Quliyev-red.) yenə rahatlaşıb. Biz tribunaya gələ bilmiriksə, o demək deyil ki, sözümüzü çatdıra bilməyəcəyik. Mövsümün sonunda çempionluq gəlməsə, yenə üz-üzə gələcəyik.
 

Bu da burda qalsın. Ya bu oyunlardan sonra nəticə çıxardın, ya da biz başqa formada söhbət edəcəyik”.
 

Xatırladaq ki, “Neftçi” “Sabah”la matçda növbəti xal itkisi ilə üzləşib. Rəqibin 3 futbolçusunun qırmzı vərəqə almasına baxmayaraq, Samir Abasovun komandası qələbə qazana bilməyib. Bununla da paytaxt təmsilçisinin lider "Qarabağ"la xal fərqi 3-ə çatıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin