Premyer Liqada 100-cü oyun

Sportarena.az      26 Aprel 2021 , 13:45

“Səbail” Premyer Liqada 100-cü oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, yubiley XXIV turun “Keşlə” ilə matçına təsadüf edib. Aftandil Hacıyevin yetirmələri səfər matçında 0:1 hesabı ilə uduzub. Bu, 2017/18 mövsümündən Premyer Liqada çıxış edən “Səbail”in 100-cü matçda aldığı 49-cu məğlubiyyət olub. Komandanın aktivində 27 qələbə və 24 heç-heçə var. 83 qol vuran paytaxt təmsilçisi 141 top buraxıb.

 

Qeyd edək ki, “Səbail”in ilk oyunu 2017-ci il avqustun 13-nə təsadüf edib. “Zirə”nin qonağı olan komanda 1:2 hesabı ilə uduzub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin