“Neftçi”nin əvəzediciləri çempionluğu təmin etdi

11:28 7 May 2021

Azərbaycan birinci divizionunda 2020/2021 mövsümünün qalibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, "Neftçi-2" sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib. Mahmud Qurbanovun çalışdırdığı komanda 25-ci turda evdə "Kəpəz"ə qalib gəlib - 1:0. Bununla da xallarını 61-ə yüksəldən lider ən yaxın izləyicisi "Zaqatala"nı 11 xal qabaqlayıb ki, bu da çempionluğu təmin edib.

 

"Zaqatala" və "Turan Tovuz"un isə mükafatçılar sırasında olacağı dəqiqləşib. Hazırda "Zaqatala" 50 xalla 2-ci, "Turan Tovuz" isə 48 xalla 3-cü pillədə yer alıb.

 

Birinci divizon, 25-ci tur

 

"Qarabağ-2" – "Keşlə-2" - 3:1
Qol: Seyxan Fərəcov, 10; 22. Musa Musazadə, 45+1 – Xəzər Mahmudov, 9
 

"Sabah-2" – "Turan Tovuz" - 3:3
Qol: Təbriz İsazadə, 42. Abdulla Xaybulayev, 44. Camal Cəfərov, 74 – Vidadi Cəfərov, 25; 84-pen; 90+2.
 

"Neftçi-2" – "Kəpəz" - 1:0
Qol: İsmayıl Zülfüqarlı, 65. 


Digər xəbərlər

Xəbər xətti