Xanım aparıcı türk sevgilisinə milyarderlə xəyanət etdi - FOTOLAR

14:19 17 May 2021

Məşhur italiyalı idman aparıcısı Diletta Leottanın milyarder Ryan Friedkinlə görüntüləri yayılıb.

 

Sportarena.az xəbər verir ki, aparıcı və milyarderin öpüşən zaman çəkilən görüntüləri dərc olunub. Bu hadisədən sonra Dilettanın sevgili olduğu türk aktyor Can Yaman 8,3 milyon izləyicisi olan "Instagram" səhifəsini bağlayıb. Tərəflər olayla bağlı açıqlama verməyib.

 

İtaliya mətbuatı iddia edib ki, Diletta Cana xəyanət edib və onlar bu səbəbdən ayrılıb. Türk aktyor bir müddət əvvəl aparıcıya evlilik təklif etmişdi.



Digər xəbərlər

Xəbər xətti