Boks üzrə dünya çempionatının tarixi açıqlandı

Sportarena.az      18 May 2021 , 13:41

Serbiyanın paytaxtı Belqradda bu il kişi boksçular arasında keçiriləcək dünya çempionatının tarixi dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı AİBA açıqlayıb. Bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar çətin durum olsa da, boksun inkişafı davam etdirilməlidir. Bu səbəbdən də mundialın oktyabrın 26-da start götürüb və noyabrın 6-da başa çatdırılması qərara alınıb.

 

Qeyd edək ki, sonuncu dünya çempionatı 2019-cu ildə Rusiyanın Yekaterinburq şəhərində baş tutub. 2023-cü ildə isə mundiala Özbəkistanın paytaxtı Daşkənd ev sahibliyi edəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin