Birinci Divizion komandasına texniki məğlubiyyət verildi

14:00 24 May 2021

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, müzakirələrdən sonra Birinci Divizionun 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

“Kəpəz” - “Sabah-2” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

 

“Qarabağ-2” - “Qaradağ Lökbatan” oyununda qonaq komandanın futbolçusu Musa Musazadə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komandası 20 manat cərimələnib. Oyundan öncə “Qarabağ” protokolu gecikdirdiyi üçün 80 manat cərimələnib. “Qaradağ Lökbatan” oyun protokolunda adı qeyd olunmayan futbolçunu meydançaya buraxdığı üçün bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 400 manat cərimələnib.

 

“Zaqatala” – “Neftçi-2” oyununda “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


Xəbər xətti