Çempionlar Liqasında tarixi dəyişiklik ola bilər - UEFA prezidenti açıqladı

Sportarena.az      31 May 2021 , 00:33

Çempionlar Liqasında "Final Four" ("Dördlər finalı") formatı ola bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksandr Çeferin məlumat verib. Sloveniyalı funksioner bunun daha gəlirli layihə olacağını deyib:

 

"Çempionlar Liqasında "Final Four" formatının lehinəyəm. Həqiqətən möhtəşəm və gəlirli ola bilər. Düzdür, yenə hər kəs öz fikrini bildirəcək və biz qərar qəbul etməmişik. Ötən il Portuqaliyadakı "Final 8" formatını bəyəndik, amma bir az uzun çəkdi. 2024-cü ildən sonra "Dördlər Final"ı təşkil etsək, təbii ki, müsbət və mənfi məqamları olacaq. Ancaq bu, klublar üçün ev oyunlarının olmaması deməkdir".

 

UEFA-nın yeni layihəsinə əsasən, yarımfinalçı komandalar bir şəhərdə tək oyunda üz-üzə gələcəklər. Final da eyni şəhərdə təşkil olunacaq. 2024-cü ildən etibarən ÇL-də bu formatdan istifadə edilə bilər.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin