"Nəticədən razı qaldım, amma yenə lazımsız səhvlər etdik" - Canni De Byazi

Sportarena.az      3 İyun 2021 , 01:00

“Ağır oyun oldu. Oyunu xilas edə bildik, əziyyətli qələbə qazandıq. Oyunun böyük hissəsinə biz nəzarət edirdik. Nəticədən razı qaldım, amma yenə lazımsız səhvlər etdik. Xoşuma gəlməyən məqamlar oldu. Xüsusən, qol epizodunda böyük səhv buraxdıq. Qapı istiqamətinə 22 zərbə vurmuşuq, amma bunlardan 3-ü hədəfə gedib".

 

Bu sözləri millimizin baş məşqçisi Canni De Byazi Minskdə Belarusa 2:1 hesabı ilə qalib gəldikləri beynəlxalq yoldaşlıq oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

 

"3 gün öncə Bədavi ilə söhbətimizdə qol vurmağın vaxtı gəldiyini demişdim. Sevindirici haldır ki, fərqlənməyi bacardı. Həyatda hər şeyə inanmaq lazımdır. Əgər inansan, hər şey mümkün ola bilər. Onun yaxşı keyfiyyətləri var. Əsasən standart vəziyyətlər zamanı. O ki qaldı debüt edən və sonradan oyuna daxil olan oyunçulara, çox yaxşı təsir bağışladılar. Onlardan çox razı qaldım. Onlar bizim gələcəyimizdir” - deyə o bildirib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin