Azərbaycanı Çempionlar Liqasında "Araz" futzal klubu təmsil edəcək

Sportarena.az      4 İyun 2021 , 16:00

Bu gün Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

 

İclasda AFF-nin prezidenti Zaur Axundov, vitse-prezident Rəmiş Malıyev, İcraiyyə Komitəsinin (İK) üzvləri – Mahmud Sadıqov və Turqay Fərzəliyev, AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov iştirak ediblər.
 

İK-nın iclasında pandemiya səbəbindən ötən il martın 14-dən ölkədə idman zallarının fəaliyyətinə qadağanın tətbiq edilməsi və buna görə futzal üzrə Yüksək Liqanın 2020/21 mövsümünün keçirilməməsi nəzərə alınaraq, növbəti mövsüm futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək klub müəyyənləşib. Qərara əsasən, UEFA Çempionlar Liqasının 2021/22 mövsümündə ölkəmizi “Araz” klubu təmsil edəcək.
 

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin mayın 31-də keçirilmiş iclasında növbəti mövsüm futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək klubun müəyyənləşdirilməsi Azərbaycan Futzal Federasiyasına tapşırılmışdı. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin