Boks üzrə milli komandamız Yay Olimpiya Oyunlarına beşinci lisenziyanı əldə edib

Sportarena.az      7 İyun 2021 , 00:44

Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına beşinci lisenziyanı qazanıb.

 

Yığmamızın heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqesin (81 kq) ardınca Məhəmməd Abdullayev bu uğura imza atıb.

 

Boksçumuz Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. +91 kq çəki dərəcəsində mübarizə aparan boksçu ukraynalı Tsotne Roqavanı məğlub edib.

 

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin