Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atıldı

Sportarena.az      15 İyun 2021 , 16:30

Çempionlar Liqasında 2021/2022 mövsümünün 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

 

İsveçrənin Nyon şəhərindəki təşkil olunan tədbirdə 16 cüt müəyyənləşib. Azərbaycan təmsilçisi "Neftçi" Gürcüstan "Dinamo"su (Tbilisi) ilə üz-üzə gələcək. Millimizin futbolçusu Mahir Emrelini transfer edən "Legiya" (Polşa) isə “Bude Qlimt” (Norveç) ilə qarşılaşacaq.

 

1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də keçiriləcək.

 

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

“Fola Eş” (Lüksemburq) - "Linkoln" (Cəbəllütariq)
"Slovan" (Bratislava, Slovakiya) - "Şemrok Rovers" (İrlandiya)
“Malmö” (İsveç) - "Riqa" (Latviya)
“Bude Qlimt” (Norveç) - "Legiya" (Polşa)
"Konnas-Ki Nomads" (Uels) - "Alaşkert" (Ermənistan)
HİK (Helsinki, Finlandiya) - "Buduçnost" (Monteneqro)
ÇFR (Rumıniya) - "Borars" (Banya-Luka, Bosniya və Herseqovina)
"Şkendiya" (Şimali Makedoniya) - "Mura" (Sloveniya)
"Teuta" (Albaniya) - "Şerif" (Moldova)
"Dinamo" (Tbilisi, Gürcüstan) - "Neftçi" (Azərbaycan)
"Makkabi" (Hayfa, İsrail) - “Kayrat” (Qazaxıstan)
"Lüdoqorets" (Bolqarıstan) - "Şaxtyor" (Soliqorsk, Belarus)
“Ferentsvaroş” (Macarıstan) - İlkin mərhələnin qalibi
"Jalgiris" (Litva) - “Linfild” (Şimali İrlandiya)
"Flora" (Estoniya) - “Hamrun Spartans” (Malta)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Valür" (İslandiya) 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin