Güləşimiz Bolqarıstanda tarix yazdı: yığmamız Avropa çempionu oldu!

10:15 21 İyun 2021

Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatına yekun vurulub.

 

Yunan-Roma güləşi üzrə millimiz qitə birinciliyində tarixi uğura imza atıb. Məsul yarışda ölkəmizi 9 güləşçi təmsil edib ki, onların da 7-si fəxri kürsüyə qalxıb. Rahim Həsənov (45 kq), Fəraim Mustafayev (48 kq), Fərid Baxışlı (55 kq) və Fərid Xəlilov (60 kq) Avropa çempionu olub. Pərviz Dadaşov (51 kq), Kənan Abdullazadə (65 kq) və Ruslan Nurullayev (71 kq) üçüncü yeri tutub.

 

Beləliklə, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında 4 qızıl və 3 bürünc medal qazanan yığmamız 153 xal toplayaraq Azərbaycan güləş tarixində ilk dəfə Avropa çempionu olub!

 

Komandamız 10 çəkidən 9-da təmsil olunmasına baxmayaraq, ən yaxın izləyicisi olan Gürcüstanı 21, üçüncü yeri tutan Ukraynanı isə 43 xal qabaqlayıb. 


Digər xəbərlər

Xəbər xətti