Güləşçimiz Turan Bayramov AÇ-nin finalına vəsiqə qazanıb

11:34 29 İyun 2021

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı start götürüb. İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.
 
Murad Haqverdiyev ilk görüşdə türkiyəli rəqibinə uduzub.
 
Sabir Cəfərov təsnifat mərhələsində Slovakiya idmançısını vaxtından əvvəl məyus edib. Həmyerlimiz daha sonra Fransa təmsilçisinə eyni aqibəti yaşadıb. 1/4 finalda Türkiyə güləşçisi üzərində də böyükhesablı qələbəyə sevinən Cəfərov yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiya pəhləvanıyla baş tutan görüş olduqca gərgin və maraqlı mübarizə şəraitində keçib. Yekunda rəqib qələbə qazandığı üçün millimizin üzvü iyunun 29-da bürünc medal qarşılaşmasına çıxacaq.
 
Turan Bayramov qitə birinciliyinə Almaniya güləşçisi üzərində inamlı qələbəylə start verib. Bayramov 1/4 finalda daha öncə bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn Turan adını yarımfinala yazdırıb. Titullu güləşçimiz gürcü rəqibinə də tam üstünlüklə qalib gələrək finala vəsiqə qazanıb.
 
Səbuhi Əmiraslanov 1/8 finalda rusiyalı rəqibinə məğlub olub.
 
Zəfər Əliyev debütdə gürcü həmkarına tam üstünlüklə qalib gəlib. Ancaq 1/4 finalda Ukrayna idmançısıyla bacarmayıb.
 
Bu çəkilərdə təsəlliverici görüşlər və medal qarşılaşmaları iyunun 29-da keçiriləcək.
 
 
57 kq
1/8 final: Murad Haqverdiyev – Ahmet Karavuş (Türkiyə) 4:12
 
65 kq
Təsnifat: Sabir Cəfərov – Tomas Şoerqo (Slovakiya) 10:0
1/8 final: Sabir Cəfərov - Luis Mazoyer (Fransa) 10:0
1/4 final: Sabir Cəfərov - Burak Sinin (Türkiyə) 7:0
1/2 final: Sabir Cəfərov - Turpal Xatuyev (Rusiya) 10:13
Bürünc medal görüşü: Sabir Cəfərov
 
70 kq
1/8 final: Turan Bayramov – Simon Monz (Almaniya) 10:0
1/4 final: Turan Bayramov - Narek Harutyunyan (Ermənistan) 5:0
1/2 final: Turan Bayramov - Davit Patsinaşvili (Gürcüstan) 11:0
Final: Turan Bayramov - Stanislav Novak (Moldova)
 
79 kq
1/8 final: Səbuhi Əmiraslanov – Rasul Asluyev (Rusiya) 1:6
 
97 kq
1/8 final: Zəfər Əliyev – Luka Xutçua (Gürcüstan) 12:2
1/4 final: Zəfər Əliyev - Danilo Stasiuk (Ukrayna) 0:10 


Digər xəbərlər

Xəbər xətti