Şəhriyar Məmmədyarov FİDE reytinqində irəlilədi

Sportarena.az      30 İyun 2021 , 16:20

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yeni reytinq siyahısını açıqlanıb.

 

Cədvəldə ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2806) ikinci, Dinq Liren (Çin, 2799) üçüncüdür.
 

"10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb. Onlardan Şəhriyar Məmmədyarov iki pillə irəliləyib. Təmsilçimiz 2782 xalla 6-cı sırada qərarlaşıb. Teymur Rəcəbov isə 2 763 xalla 10-cu yerdəki mövqeyini qoruyub.

 
Digər təmsilçilərimiz Qədir Hüseynov (2665) 2 pillə irəliləyərək 72-ci ola bilib. 11 pillə geriləyən Nicat Abbasov (2656) isə 84-cü yerlə kifayətlənib. Rauf Məmmədov 3 addım irəliləyib və 87-ci sıradadır.

 

Qadın şahmatçılardan Günay Məmmədzadə (2460) 4 pillə irəliləyərək 25-ci, 5 pillə irəliləyən Gülnür Məmmədova 2385 xalla 77-ci olub. Xanım Balacayeva (2376) isə 91-cı sıradakı mövqeyini qoruyub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin