Daha iki güləşçimiz qızıl medal qazandı

Sportarena.az      1 İyul 2021 , 10:03

Azərbaycanın daha iki sərbəst güləşçisi Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanıb.

 

 

61 kq çəki dərəcəsində çıxış edən Kənan Heybətov finada Ermənistan təmsilçisi Levik Mikaelyana 8:5 hesabı ilə qalib gəlib. 74 kq-da yarışan Cəbrayıl Hacıyev qızıl medal uğrunda görüşdə türkiyəli Taner Qaripdən güclü olub - 12:2. 125 kq-dakı Aydın Əhmədov isə finalda Lyova Gevorqyana (Ermənistan) uduzaraq gümüş medalla kifayətlənib.

 

 

Daha əvvəl digər sərbəst güləşçi Turan Bayramov (75 kq) Avropa çempionu olub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin