Şahmatçılarımız “Serbia Chess Open 2021” turnirində iştirak edəcək

Sportarena.az      1 İyul 2021 , 18:21

İyulun 2-dən 8-dək Serbiyanın paytaxtı Belqradda birinci beynəlxalq "Serbia Chess Open 2021" şahmat turniri keçiriləcək.

 

Yarışda Azərbaycan geniş heyətlə təmsil olunacaq. Belə ki, turnir çərçivəsində keçiriləcək "Masters" yarışında Eltac Səfərli, Vüqar Əsədli, Aydın Süleymanlı, Misrətdin İsgəndərov, Ülvi Sadıqov, Vüqar Rəsulov, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Pərviz Qasımov, Read Səmədov, Toğrul Həsənzadə, Gövhər Beydullayeva iştirak edəcəklər.

 

"Amateurs" turnirində isə Sadiq Qarayev, Nəsrin Babayeva, Nazlı Hümbətova, Ramazan Şərifov mübarizə aparacaqlar.

 

"Serbia Chess Open 2021"də 42 ölkədən 400-dən yuxarı şahmatçı iştirak edəcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin