"Dinamo"- "Neftçi" matçının biletləri satışda

10:53 6 İyul 2021

İyulun 7-də Gürcüstanın paytaxtı Tbilisidə “Dinamo” və “Neftçi” komandaları arasında keçiriləcək Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün onlayn bilet satışına start verilib.

 

Qiyməti 5 laridən 20 lariyədək (2,70 manatdan 10,8 manatadək) təşkil edən biletləri www.tkt.ge saytında əldə etmək mümkündür.

 

Boris Payçadze adına “Dinamo Arena”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti