“Wimbledon-2021”: Cokoviç - Berrettini finalı olacaq

10:47 11 İyul 2021

“Böyük Dəbilqə” seriyasının London açıq turnirində (Wimbledon) finalçılar müəyyənləşib.

 

2-ci yarımfinal duelində serbiyalı Novak Cokoviç Kanada təmsilçisi Denis Şapovalovla ilə üz-üzə gəlib. Görüş serbiyalı tennisçinin qələbəsi ilə başa çatıb - 3:0 (7:6, 7:5, 7:5).

 

Yarımfinal mərhələsinin digər görüşündə Matteo Berrettini (İtaliya) Xubert Qurkaçdan (Polşa) üstün olub - 3:1 (6:3, 6:0, 6:7, 6:4)

 

Matteo Berrettini - Novak Cokoviç finalı iyulun 11-i keçiriləcək.

 

“Wimbledon” mövsümün üçüncü “Böyük Dəbilqə” turniridir. Sayca 134-cü turnirin ümumi mükafat fondu 40 milyon avro təşkil edir. Bu turnirin sonuncu çempionu 2019-cu ildə serbiyalı Novak Cokoviç olub. Ötən il pandemiya səbəbindən “Wimbledon” turniri keçirilməyib.


Digər xəbərlər

Xəbər xətti