"Neftçi" - "Dinamo" oyununa bütün biletlər satılıb

13:19 14 İyul 2021

"Neftçi" Çempionlar Liqası 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Tbilisinin "Dinamo" klubunu qəbul edəcək.

 

Bu oyun üçün satışa çıxarılan biletlərin hamısı satılıb. Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, "Neftçi" - "Dinamo" oyunu saat 21:00-da "Bakcell Arena"da keçiriləcək. 


Xəbər xətti