Bədii gimnastlarımız İsraildəki Qran-Pridə 5 medal qazanıblar

Sportarena.az      20 İyul 2021 , 10:15

Olimpiya Oyunlarından əvvəl bədii gimnastlarımızın sonuncu sınağı İsraildə təşkil edilmiş Qran-Pri yarışları olub.

 

 

Turnirdə iştirak etmək üçün Zöhrə Ağamirova, Arzu Cəlilova, eləcə də qrup hərəkətləri komandasının heyətində Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan və Nərminə Səmədova Tel-Əviv şəhərinə yollanıblar.

 

 

Qızlarımız komandamızın hesabına 5 bürünc medal yazdırıblar. Qrup hərəkətləri komandamız yarışda “het-trik” edib. Onlar yarışın birinci günündə çoxnövçülükdə, final günü isə həm 5 top, həm də 3 halqa və 2 cüt gürzlərlə çıxışlarına görə bürünc medal qazanıblar.

 

 

Daha iki bürüncü isə komandamızın aktivinə A.Cəlilova yazdırıb. Gənclərin dünya çempionatının ikiqat mükafatçısı olan A.Cəlilova Qran-Pri ilə birlikdə keçirilmiş beynəlxalq turnirdə top və gürzlərlə çıxışına görə dubl edib. Lentlə hərəkətlərdə finala adlamış Olimpiya Oyunlarına lisenziya sahibi Z.Ağamirova isə həlledici mərhələdə 5-ci yerdə qərarlaşıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin