"Chessable Masters": Şəhriyar Məmmədyarov ilk görüşlərinə çıxır

Sportarena.az      31 İyul 2021 , 11:35

Bu gün şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 8-ci mərhələsi start götürəcək.

Azərbaycanı "Chessable Masters" adlı turnirdə təmsil edən Şəhriyar Məmmədyarov da mübarizəyə başlayacaq. 36 yaşlı qrossmeyster turnirdə ilk görüşlərini keçirəcək. O, birinci turda Eduardo İtturizaqa (İspaniya) ilə üz-üzə gələcək. Məmmədyarov ardınca Yu Vençjun (Çin), Vladislav Artemyev (Rusiya), Pentala Harikrişna (Hindistan) və David Anton Quicarro (İspaniya) ilə qarşılaşacaq.

 

Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.

"Chessable Masters"

1-ci tur

Şəhriyar Məmmədyarov - Eduardo İtturizaqa (İspaniya)

2-ci tur

Yu Vençjun (Çin) - Şəhriyar Məmmədyarov

3-cü tur

Şəhriyar Məmmədyarov - Vladislav Artemyev (Rusiya)

4-cü tur

Pentala Harikrişna (Hindistan) - Şəhriyar Məmmədyarov

5-ci tur

Şəhriyar Məmmədyarov - David Anton Quicarro (İspaniya)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin