Tokio-2020: Güllə atıcısı Ruslan Lunyov mübarizəni dayandırdı

11:50 2 Avqust 2021

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışında çıxış edən idmançımız ikinci təsnifat mərhələsində 286 xal toplayıb. İlk gündə 281 xal yığan Lunyov yekunda 567 xalla finala yüksəlmək şansını itirib.

Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək.

Qeyd edək ki, Ruslan Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yerlə kifayətlənmişdi. 


Xəbər xətti