Tokio-2020: Güləşçimiz Elis Monolova medal şansını saxladı

15:57 2 Avqust 2021

Tokio-2020-də bu gün mübarizəyə qoşulan qadın sərbət güləşçimiz Elis Manolova (68 kq) 1/8 finalda Blessinq Oborududu (Nigeriya) ilə qarşılaşmış və rəqib vaxtından əvvəl texniki üstünlüklə qələbəni (13:2) təmin etmişdi. Təmsilçimizin bürünc medallar uğrunda mübarizə aparması üçün nigeriyalı idmançı finala kimi irəliləməli idi.

Oborududu 1/4 finalda Meerim Jumanazarovanı (Qırğızıstan), yarımfinalda isə Soronzonboldın Batsetseqi (Monqolustan) məğlub edərək, finala yüksəlib. Beləliklə, Elis Manolovanın bürünc medal qazanmaq şansı yaranıb. Bunun üçün o, təsəlliverici görüşlərdə iştirak etməli olacaq.

Qeyd edək ki, 68 kq çəki dərəcəsində təsəlliverici görüşlərin startı sabah Bakı vaxtı ilə saat 06:00-a planlaşdırılır. 


Digər xəbərlər

Xəbər xətti