Tokio-2020: Türkiyə üçüncü bürünc medalını qazandı

16:16 2 Avqust 2021

Tokio Yay Olimpiya Oyunlarında Yunan-Roma güləşində 130 kq çəki dərəcəsində medalçılar müəyyənləşib. Medalçılar sırasında Rıza Kayaalp da var. Türkiyəli güləşçi üçüncülük uğrunda görüşdə İran təmsilçisi Amin Mirzəzadəni xal hesabında (7:2) məğlub edərək bürünc medal qazanıb. 130 kq-da Mixain Lopes Nunyes Olimpiya çempionu olub. Kubalı güləşçi finalda Yakob Kacayanı (Gürcüstan) məğlub edib.
 
Qeyd edək ki, bu, Türkiyənin Tokio-2020-də qazandığı üçüncü bürünc medaldı. Türkiyəli idmançılardan daha öncə oxatmada Mete Qazoz qızıl medal almışdı. 


Digər xəbərlər

Xəbər xətti