Tokio-2020: Futbolda Kanada - İsveç finalı olacaq

Sportarena.az      3 Avqust 2021 , 01:29
Tokio Yay Olimpiya Oyunlarında qadın futbolçuların mübarizəsi davam edir. Bu gün yarımfinal mərhələsinə yekun vurulub. Günün ilk oyununda ABŞ və Kanada üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Kanada Cessi Fleminqin 74-cü dəqiqədə vurduğu qol sayəsində qələbə qazanaraq finala çıxıb.
 
Kanadanın həlledici görüşdəki rəqibi İsveç olacaq. Peter Qerhardssonun yetirmələri Avstraliyaya 1:0 hesabı ilə qalib gəliblər. Fridolina Rolfo qələbə qolunun müəllifi olub.
 
Tokio-2020
Qadın futbolu, yarımfinal
 
ABŞ - Kanada - 0:1
Qol: Fleminq (74)
 
Avstraliya - İsveç - 0:1
Qol: Rolfo (46)
 
Kanada - İsveç finalı avqustun 6-da keçiriləcək. Bürünc medalçını müəyyənləşdirəcək Avstraliya - ABŞ oyunu isə avqustun 5-nə təyin edilib.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin