Tokio-2020: Atletimiz Nazim Babayev 15-ci oldu

12:14 3 Avqust 2021

Tokio Yay Olimpiya Oyunlarında atletimiz Nazim Babayev mübarizəyə başlayıb.

O, üçtəkanla tullanma üzrə təsnifatda yarışıb.  Nazim ilk cəhdində 16,38 m, ikincidə 16,30 m, üçüncüdə isə 16,72 m nəticə göstərib.
 
A qrupunda yer alan 23 yaşlı atlet 16 idmançı arasında 8-ci, ümumilikdə isə  32 idmançı arasında 15-ci yeri tutub və medalsız qalıb.

 

Finalda iki qrupun nəticəsinə əsasən ilk 12 pillənin sahibi iştirak edəcək. 


Digər xəbərlər

Xəbər xətti