Qadın güləşçimiz Tokio-2020-də medal şansını əldən verdi

12:44 3 Avqust 2021

Azərbaycanın qadın güləşçisi Elis Manolova (68 kq.) Tokio-2020-də təsəlliverici görüşə çıxıb.

Manolova Qırğızıstan təmsilçisi Meerim Jumanazarova ilə qarşılaşıb. İdmançımız rəqibinə uduzub. Nəticədə o, Tokio-2020-ni medalsız başa vurub.


Qeyd edək ki, Manolova ötən gün 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə dueldən məğlub ayrılıb. 


Xəbər xətti