"Qarabağ"ın səfər proqramı açıqlandı

Sportarena.az      3 Avqust 2021 , 13:07

Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda AEL-in qonağı olacaq "Qarabağ" bu gün Kiprə yollanacaq.

 

Ağdam təmsilçisini Larnaka şəhərinə aparacaq təyyarə saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

 

Baş məşqçi Qurban Qurbanov avqustun 4-ü yerli vaxt ilə 19:45-də (Bakı vaxtı ilə 20:45) mətbuat konfransında iştirak edəcək. Son məşq isə yerli vaxt ilə 20:00-da (Bakı vaxtı ilə 21:00) matçın oynanılacağı “AEK Arena” stadionunda baş tutacaq.

 

AEL - "Qarabağ" matçı avqustun 5-də "AEK Arena" stadionunda Bakı vaxtı ilə 21:00-da keçiriləcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin