Bu gün Avropa Liqasındakı yeganə təmsilçimiz "Neftçi" turnirin 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb.
Paytaxt klubu evdə Finlandiya HİK-i ilə qarşılaşıb. "Bakcell Arena"da keçirilən oyun 21:00-da başlayıb.
Komandalar arasında cavab görüşü avqustun 12-si Helsinkidə oynanılacaq. Cütün qalibi isə pley-off mərhələsində "Fənərbaxça" (Türkiyə) ilə üz-üzə gələcək.
Avropa Liqası, 3-cü təsnifat mərhələsi
3 avqust
21:00. "Neftçi" (Azərbaycan) - HİK (Finlandiya) 2:2
Hakimlər: Uilyam Kollam, Devid Makgiçi, Şon Karr, Yuan Anderson
Bakı, "Bakcell Arena"