Azərbaycanlı cüdoçu Avropa kubokunda bürünc medal qazandı

Sportarena.az      9 Avqust 2021 , 10:13

Azərbaycanın və “Qəbələ” İdman Klubunun cüdoçusu İmran Yusifov növbəti mükafatını qazanıb.

 

Yusifov Rusiyanın Orenburq şəhərində təşkil olunan Avropa kubokunda fərqlənib. +100 kq çəki dərəcəsində çıxış edən Azərbaycan təmsilçisi ilk mərhələdə Arman Kaliyevə (Qazaxıstan) qalib gəlsə də, ardınca Nodar Baqayevə (Rusiya) uduzub.

 

Təsəlliverici görüşlərə qatılan Yusifov Anatoli Şoxtin (Rusiya) üzərində qələbə qazanıb. Bürünc medal uğrunda qarşılaşmada Sergey Venikovu (Rusiya) da məğlub edən İmran Avropa kubokunun mükafatçısı olub.

 

Fəxri kürsüyə qalxan İmran Yusifov yarışda bürünc medala yiyələnib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin