Azərbaycan çempionu iştirak ərizəsini UEFA-ya göndərib

Sportarena.az      10 Avqust 2021 , 13:58

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib.

 

Ölkə çempionu 12 oyunçunun xidmətindən istifadə edəcək ki, onlardan ikisi qapıçıdır.

 

Qapıçılar: Rövşən Hüseynli, Emin Kürdov

 

Oyunçular: Rizvan Fərzəliyev, İsa Atayev, Xətai Bağırov, İsaq Surğalı, Amir Şojaei, Hadi Ahmadi, Ramiz Çovdarov, Murilo Borges, Conatas Felipe, Emanuel Rodrigues

 

Komandanın keçirəcəyi oyunların təqvimi

 

21 avqust

16:00. “Araz – Naxçıvan” – “Europa” (Cəbəllütariq)

Salaspils şəhəri. İdman Kompleksi

 

22 avqust

16:00. “Kampuksen Dinamo” (Finlandiya) – “Araz-Naxçıvan”

Salaspils şəhəri. İdman Kompleksi.

 

24 avqust

21:00. “Raba” (Latviya) – “Araz-Naxçıvan”

Salaspils şəhəri. İdman Kompleksi.

 

Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil ediləcək. "Araz Naxçıvan" qarşılaşmalarını Latviyada oynayacaq.

 

Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin