Üç cüdoçumuz Avropa çempionu oldu

Sportarena.az      18 Avqust 2021 , 03:00
Latviyanın paytaxtı Riqa şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib. Mötəbər yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.
 
Cüdoçularımız Avropa birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
 
Xəyal Həsənov (50 kq), İslam Rəhimov və Aydan Vəliyeva bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Aydın Rzayev (60 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. Daha iki cüdoçumuz, Babarəhim Mirzəyev (50 kq) və  Zahir Ağazadə (60 kq) bürünc medal qazanıb.
 
Qeyd edək ki, cüdoçumuz İslam Rəhimov finalda Rusiyanı təmsil edən erməni əsilli idmançı Samvel Mxitaryanı məğlub edərək Riqada üçrəngli bayrağımızı dalğalandırıb, dövlət himnimizi səsləndirib. 
 
Nüfuzlu yarışda qitənin 37 ölkəsindən olan idmançılar mübarizə aparırlar. Milli komandamız Avropa birinciliyində 14 yeniyetmə cüdoçu (10 oğlan, 4 qız) ilə təmsil olunur.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin