"Kəpəz" sevərləri çempionluq arzusuna çatdıracağıq" - AÇIQLAMA

Sportarena.az      18 Avqust 2021 , 16:55

“Kəpəz”in yeni transferlərindən olan İbrahim Qədirzadə klubun mətbuat xidmətinə açıqlama verib.

 

Gənc yarımmüdafiəçi komanda seçimində Gəncə təmsilçisinə niyə üstünlük verməsindən danışıb:

 

“Bir çox klublardan təklif vardı, üstünlüyü “Kəpəz”ə verməyim bu komandanın tarixi köklərə, böyük ənənələrə malik olması ilə bağlıdır. Gəncə kollektivi həmişə iddialılar sırasında olub, titullar qazanıb. Gələcəkdə Premyer Liqada oynamaq istəyim də “Kəpəz”ə keçidimə rəvac verdi. “Xəzər Lənkəran”ın heyətində elitada oynamışam. “Kəpəz”də Premyer Liqaya iddialı heyət yığılıb, yaxşı kollektiv formalaşdırılıb. İstədiyimiz çempionluqdur, inşallah, buna da nail olarıq”.

 

Son mövsümü legioner kimi Gürcüstanda keçirmiş futbolçu azarkeşlərə ismarıc da göndərib:

 

“Gəncə azarkeşləri haqda həmişə yaxşı sözlər deyilib, elə məndə yüksək fikirlər söyləyə bilərəm. Azərbaycanda iki böyük fanat ordusu varsa, biri Gəncədə, digəri Lənkərandadır. “Kəpəz” sevərləri çempionluq arzusuna çatdıracağıq. Bizə böyük etimad bəsləyən azarkeşlərə, baş məşqçimizə və klub rəhbərliyinə nəticəmizlə qarşılıq verməliyik”. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin