Güləşçimiz erməniyə qalib gəlib dünya çempionu oldu

02:54 23 Avqust 2021

Azərbaycanın yunan-roma güləşçisi Həsrət Cəfərov (67 kq) Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında final görüşünə çıxıb.

Cəfərov finalda Ermənistan idmançısı Sahak Hovannisyanla üz-üzə gəlib. İdmançımız rəqibinə 7:0 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Nihat Məmmədli (60 kq) bürünc medal uğrunda görüşünə çıxıb. Özbəkistanlı Şerməhəmməd Şaribcanovu 5:1 hesabı ilə məğlub edən idmançımız bürünc medalı qazanıb.

72 kq-da çıxış edən Xasay Həsənli isə ermənistanlı Şant Xaçatryana uduzaraq, bürünc medal şansını əldən verib.


Digər xəbərlər

Xəbər xətti