“Azərbaycan futbolunun yükünü çiyinlərində daşıyan HOCAMIZ” - Rəşad Sadıqovun paylaşımı

00:54 28 Avqust 2021

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov instaqram hesabında yeni paylaşım edib.


Sportarena.az xəbər verir ki, 39 yaşlı mütəxəssis futbolçu karyerasında böyük uğurlara imza atdığı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov barədə yazıb.

 

“Azərbaycan futbolunun yükünü çiyinlərində daşıyan HOCAMIZ”, - Sadıqov qeyd edib.

 

UEFA Konfrans Liqasının qrup mərhələsinə yüksələn “Qarabağ” bu mövsüm yenə Avropadakı yeganə təmsilçimizdir.

 

Son çempion “Neftçi” mübarizəyə Çempionlar Liqasında başlasa da, Konfrans Liqasının pley-offunda məğlub olub.



Digər xəbərlər

Xəbər xətti