Paracüdoçularımızdan bir qrupu Tokiodan qayıtdı

Sportarena.az      30 Avqust 2021 , 16:50
Tokio-2020 Yay Paralimpiya Oyunlarında böyük əzmkarlıq nümayiş etdirən paracüdoçularımızdan bir qrupu Bakıya qayıdıb. Sportarena.az xəbər verir ki, onlar arasında qızıl medal qazanan Vüqar Şirinli (60 kq) və Şahanə Hacıyeva (48 kq), bürünc medalçı Namiq Abbaslı (66 kq), eləcə də 7-ci yerlə kifayətlənməli olan Bəsti Səfərova (52 kq) yer alıb.
 
Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Cüdo Federasiyası, Milli Paralimpiya Komitəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, "Neftçi İdman Klubu”nun  əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və cüdoçuların yaxınları qarşılayıblar.
 
Xatırladaq ki, paracüdoçularımız Tokio Paralimpiadasının 6 qızıl (Şahanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63kq), Dürsədəf Kərimova (+70 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq) və 2 bürünc (Namiq Abbaslı (66 kq), İlham Zəkiyev +100 kq) medalını qazanıblar.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin