Daha iki güləşçimiz MDB oyularında medala sahib olub

13:12 4 Sentyabr 2021

Azərbaycanın daha iki yunan-Roma güləşçisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında növbəti görüşlərinə çıxıblar.

Sportarena.az xəbər verir ki, 87 kq çəki dərəcəsindəki Laçın Vəliyev bürünc medal uğrunda görüşdə  Şəhriyar Juraboyevə (Özbəkistan)  3:1 hesabı ilə qalib gələrək 3-cü yerə çıxıb.

 

72 kq-da yarışan  Qurban Qurbanov finalda rusiyalı Dmitri Adamova 0:8 hesabı ilə uduzub. İdmançımız gümüş medalla kifayətlənib.


Digər xəbərlər

Xəbər xətti