Rəşad Sadıqov: "Qarabağ"a qarşı oynamaq həmişə inkişaf etmək üçün bir fürsətdir"

Sportarena.az      5 Sentyabr 2021 , 11:51

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, o, 1:1 hesabı ilə bitən matçla bağlı deyib:
 

“Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edib yoxlama oyunu keçirdik. "Qarabağ"a qarşı oynamaq həmişə inkişaf etmək üçün bir fürsətdir. Rəqibin heyətində yüksək səviyyəli futbolçular var. Tam fərqli, sürətli oynayırlar. Ümumilikdə yaxşı oyun keçdi. Əsas məqsəd yaranan fasilədə oyun prakikasını yaxşılaşdırmaq və futbolçuları yükləmək idi. Futbolçulara ayrı-ayrılıqda 60, 70 və 80 dəqiqə oynamaq imkanı yaratdıq. Bir-iki günlük istirahətdən sonra çempionat oyunlarına hazırlaşacağıq”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin