Çempionlar turu: Teymur Rəcəbov final mərhələsinə yüksəldi

10:53 6 Sentyabr 2021

Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsinin bütün iştirakçıları bəlli olub.

Sportarena.az xəbər verir ki, turnir cədvəlində ilk 8 yerin sahibi həlledici raundda iştirak edəcək.Azərbaycan şahmatçılarından Teymur Rəcəbov 9 mərhələnin yekununda 133 xalla 4-cü olub və finala vəsiqə qazanıb. 26 xal toplayan Şəhriyar Məmmədyarov isə 12-ci yerlə kifayətlənib.

Final mərhələsi sentyabrın 25-də Norveçin paytaxtı Osloda başlayacaq.

Rəcəbovun indiyədək qazancı 103 min 968, Məmmədyarovun isə 30 min 323 ABŞ dollarıdır.


Xəbər xətti