Millimiz Portuqaliyaya uduzdu - YENİLƏNİB

Sportarena.az      7 Sentyabr 2021 , 22:00

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 2-ci dövrə start götürüb.

Sportarena.az xəbər verir ki, milli komandamız qrupun favoriti Portuqaliyanı qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən matç saat 20:00-da başlayacaq. 

Əvvəlcədən də məlum olduğu kimi, Portuqaliya millisinin kapitanı və lideri Kriştiano Ronaldo cəzalı durumda olduğundan bu görüşdə iştirak etməyəcək. Yığmamızda da itkilər var. Kapitan Maksim Medvedev və hücumçu Rüstəm Əhmədzadə zədəli, Anton Krivotsyuk isə cəzalı durumda olduğundan bugünkü matçı buraxacaq. 

Qeyd edək ki, millimiz seçmə mərhələyə Portuqaliya ilə səfər matçı ilə start verib və 0:1 hesabı ilə uduzub.

A qrupunun digər matçında isə Serbiya İrlandiyanın qonağı olacaq.



7 sentyabr

DÇ-2022-nin seçmə mərhələsi

6-cı tur


A qrupu

20:00. Azərbaycan - Portuqaliya  0:3

Qollar: Bernardo Silva, 26, Andre Silva, 31, Dieqo Jota, 75
Baş hakim
: Marko Quida (İtaliya)
Bakı Olimpiya Stadionu

22:45.İrlandiya - Serbiya

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin