Azərbaycan cüdoçuları Kazanda 7 medal qazandılar

Sportarena.az      9 Sentyabr 2021 , 18:55
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının cüdo yarışlarında fərdi mübarizəyə yekun vurulub. Sportarena.az xəbər verir ki, 60 kq çəkidə Azərbaycanın iki təmsilçisi Əhməd Yusifov və Rövşən Əliyev qızıl medal uğrunda qarşılaşmada bir-birinə rəqib olub. 
 
Görüşü Rusiyadan olan azərbaycanlı hakim Elman Qurbanov idarə edib. Döyüşün taleyi qızıl xalla həll olunub. Əliyev cərimə xalları hesabına qalib gələrək, çempion olub. Yusif isə gümüş medala layiq görülüb.
 
Qızların yarışında 52 kq çəki dərəcəsində yer alan Səbinə Əliyeva həlledici qarşılaşmada belaruslu Anna Burakovaya rəqib olub. Görüş Azərbaycan cüdoçusunun qələbəsi ilə yekunlaşıb.
 
Qeyd edək ki, bu gün mübarizə aparan oğlan cüdoçulardan Elçin Hüseynov (66 kq), Murad Fətiyev (81 kq) və Camal Feyziyev (+100 kq), qızlardan isə Şəfəq Həmidova (48 kq) bürünc medal qazanıb. 
 
Beləliliklə Azərbaycan komandası  I MDB Oyunlarının fərdi cüdo yarışlarını 2 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin