Yığmamız şahmat olimpiadasında mübarizəni dayandırdı

Sportarena.az      11 Sentyabr 2021 , 12:06

Şahmat üzrə Azərbaycan yığması onlayn olimpiadada çıxışını başa vurub.

Sportarena.az xəbər verir ki, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevadan ibarət kollektiv üçüncü yarış günündə üç oyun keçirib.

İlk oyunda yığma Sloveniyaya 4,5:1,5 hesabı ilə qalib gəlib. Komanda ikinci qarşılaşmada Misiri 4:2 hesabı ilə məğlub edib.Şahmatçılarımız son görüşdə isə Fransa ilə heç-heçə edib- 3:3.

 

Bu nəticədən sonra xallarını 12-yə çatdıran Azərbaycan yığması qrup mərhələsini 3-cü pillədə tamamlayıb və pley-offa vəsiqə şansını itirib.

Qeyd edək ki, ehtiyat heyətdə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayeva yer alıblar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin