"Abanq ən ağır cəza alacaq, ikinci komandaya göndəriləcək" - Sənan Qurbanov

01:12 12 Sentyabr 2021

Premyer Liqanın 3-cü turunda evdə "Zirə"yə uduzan (0:2) "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, o, məğlubiyyəti şərh edib:

 

- Fərqli hazırlaşmışdıq. Amma qırmızıdan sonra işimiz daha çətinləşdi. Müdafiə olunmalıydıq, furbolçular güc itirdilər. Sonda standart vəziyyətdən qol buraxıdıq. Çox danışılası bir şey yoxdu. Üzgünük, üç oyundu uduzuruq. Psixoloji gərginliyi üstümüzdən ata bilmirik. Futbolçular məşqdə daha yaxşıdılar, amma oyunda gərginlik görsənir. Çalışsaq da, təəssüf ki, evdə uduzduq.

 

- Qırmızı vərəqə ilə nə düşünürsünüz?

- Şəhriyarın epizodundan tam fərqli idi, hakim səhvi də var idi. O, aqressiv idi, amma Abanq ən ağır cəza alacaq. İkinci komandaya göndəriləcək. AFFA İntizam Komitəsinin cəriməsini özü ödəyəcək. Həm də klub cəza verəcək. Bu, yolverilməzdi. 25-ci dəqiqədə artıq qırmızı aldıq. Oyun epizodu olsaydı, başqa məsələ. Cəriməni özü ödəyəcək.

 

- Komandanın problemi müdafiə xəttidi?
- Fərdi səhvlərimiz olur. Məsələn, "Sumqayıt" matçını götürək. Boykoviçin qarşısından Əli Qurbani dönməməli idi. Uşaq səhvi idi, o da qəbul etdi. Büdcəyə uyğun hərəkət etdik. Bəyəndiklərimiz var idi, gəlmədilər. Çalışırıq işləyək ki, futbolçular düz oynasın. Amma işləsək də, fərdi keyfiyyət ortaya çıxır. Canımızı səhvlərdən qurtara bilmirik.

 

- Bəlkə 4-5 oyunçunu yola salıb normal futboçu alardız?
- 7 legionerimiz var. Onlar da 5-7 min maaş alırlar. Fantastik futbolçu da cəlb etməmişik. Əlimizdə olan yerliləri saxladıq. Əsas odu sağlam rəqabət olsun. 1-2 oyunluq da silib atmaq istəmirik, qazanmaq istəyirik. Zəncirvari səhvlər çıxdığına görə belədir.

 

- Abanqın qırmızı vərəqəsi sizə dejavü yaşatdı? Ötən mövsüm "Zirə" ilə kubok matçında qırmızı aldırıb "Keşlə"yə penalti qazandırmışdısa, bu gün sizi pis durumda qoydu, özü qırmızı aldı..

- Bizdə intizam baxımdan problem yaşanmır. O, intizamı pozdu. Bunu qəbul edə bilmərəm. O, cəzanı alsa, özü də rahatlaşacaq, mən də. Bəzən mən özümü cəzalandırmaq istəyirəm. Oyun epizodu olmadığına görə Abanq cəzalanacaq.

 

- Rəhbərliklə görüşdüz? Danışacaqsız? Özünüzü necə müdafiə edəcəksiz?
- Əlbəttə, görüşəcəyik. Onlar da çıxışımızdan razı deyil. Oyun baxımından razıdılar. Suallar olacaq. Radikal qərarlar da ola bilər. Əlimizdən gələni edirik ki, vəziyyəti düzəldək. Çayxanada oturub mehriban görüşə bilərik. Çətinliklərə sinə gəlməliyik. Üzərimə düşən məsuliyyəti dərk edirəm. Rəhbərliyin qərarına hörmətlə yanaşıram. Özüm necə yanaşıramsa, istəyirəm futblçular da belə yanaşsın.


Xəbər xətti