"Məğlubiyyətlər, qol vura bilməməyimiz komandada inamsızlıq yaradır" - AÇIQLAMA

Sportarena.az      12 Sentyabr 2021 , 01:54

Premyer Liqanın 3-cü turunda 3-cü turunda evdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzan "Sabah"ın baş məşqçisi Ramin Quliyev mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, o, yenilgini şərh edib:

 

- Danışılası çox şey yoxdu. Rəqib komandanı təbrik edirəm. Müdafiədə buraxdığımız uşaq səhv qolla nəticələndi. Bundan sonra oyunu dəyişə bilmədik.

 

- Komandada istəksizlik görünür. Bunun səbəbi nədi?
- Mən belə deməzdim. Artıq 3-cü turdayıq. Məğlubiyyətlər, qol vura bilməməyimiz komandada inamsızlıq yaradır. Bu da başa düşüləndi.

 

- İkinci hisədə topun dirəkən döndüyü epozod var. Bu haqda nə deyə bilərsiz? VAR sisstemi olsaydı, həmin epizodda qol qərarı verilə bilərdi.
- Tək həmin epizodu götürmürəm. Murad Musayevin Mikkelsə qarşı qaydanı pozduğu epizod var. Bu, qırmızı vərəqəyə oxşayırdı. VAR olsaydı, yaxşı olardı. Amma bu gün yoxdursa, bununla barışmalıyıq.

 

- Bu vəziyyətdən çıxmaq üçün hansı planınız var?
- Konfrans Liqası istəyi olan komandanın 3 məğlubiyyəti varsa, bunun çıxış yolu olmalıdı. Yəqin ki, bu vəziyyəti dəyərləndirəcəyik.

 

- Belə bir iddia var ki, komandada rahat işləməyiniz üçün şərait yoxdu.
- Komandanın içində hər şey normaldı. Amma məğlubiyyətlər heç kəsə xoş deyil. Daxildə işimi görməyə mane olan heç nə yoxdu.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin