Premyer Liqada 30-cu qələbə

Sportarena.az      13 Sentyabr 2021 , 12:52

“Səbail” Premyer Liqada 30-cu qələbəsini qazanıb.

 

Sportarena.az xəbər verir ki, bu, III turun “Sumqayıt”la matçına təsadüf edib. Bakı klubu öz meydanındakı oyunda 1:0 hesabı ilə qalib gəlib.

 

“Səbail” 30-cu qələbəyə 107-ci matçda nail olub. Bu qələbələrdən 16-sı evdə, 14-ü səfərdə qeydə alınıb. 2017-ci ildən Premyer Liqada çıxış edən paytaxt təmsilçisinin hesabında 24 heç-heçə və 53 məğlubiyyət də var.

 

Qeyd edək ki, “Səbail” ilk qələbəsini 2017-ci il avqustun 18-də “Neftçi” ilə ev oyununda qazanıb – 1:0. (PFL)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin